RU

Lənkəranda külək irigövdəli ağacı magistral yola aşırıb FOTO

Lənkəranda ağac güclü küləyin təsiri nəticəsində magistral yola aşıb.

Xezerxeber.az verir ki, bu gün səhər Lənkəranda güclü külək Lənkəran-Boradigah-Masallı magistralının Vilvan kəndi ərazisində irigövdəli ağacı yola aşırıb. Nəticədə kəndin elektrik təsərrüfatına ciddi ziyan dəyib, abonentlər işıqsız qalıb.

Əraziyə aidiyyəti qurumlar cəlb olunub. Ağacın magistral yoldan götürülməsi və kəndin elektrik enerjisinin bərpası üçün işlər aparılır.

Qeyd edək ki, hazırda rayon ərazisində külək səngiyib. Günəşli hava müşahidə olunur.

Избранный
4
12
xezerxeber.az

10Источники