RU

Hikmət Hacıyev isveçli analitiklərlə Ermənistanla normallaşma prosesini müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isveçli analitikləri qəbul edib.

Oxu.Az xəbər verir ki, bu barədə İsveçin Azərbaycandakı səfirliyindən bildirilib.

H.Hacıyev Stokholm Şərqi Avropa Araşdırmaları Mərkəzinin (SCEEUS) analitikləri Hüqo fon Essen və Ceykob Hedenskoqla Ermənistanla normallaşma prosesi və regional məsələlərlə bağlı müzakirələr aparıb.

Mənbə: oxu.az

Избранный
19
21
oxu.az

10Источники