Ötən gün səhər saatlarında Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, xəsarət alan iki nəfərdən birinin vəziyyəti stabil, digərinin vəziyyəti ağır qiymətləndirilir.
"Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 18 mart saat 10:30-da Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına və Təcili Tibbi Yardım Xəstəxanasına 2014-cü il təvəllüdlü şəxs (kişi cinsli) və 1995-ci il təvəllüdlü şəxs (qadın cinsli) hospitalizasiya olunublar.
Qamış sümüyünün üçdə bir yerdəyişən sınığı diaqnozu təyin edilən 2014-cü il təvəllüdlü şəxs xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti stabildir, müalicəsi davam etdirilir.
Sol baldırın açıq yerdəyişən sınığı, qapalı kəllə beyin travması, baş-beyin silkələnməsi diaqnozları təyin edilən 1995-ci il təvəllüdlü şəxs isə Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, ötən gün baş verən qəza nəticəsində üçüncü sinif şagirdi Nurlan Əmənli və anası Sevil Bağışova ciddi xəsarətlər alıblar.(oxu.az)
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта