RU

Şəkidə ağır qəza: Ölənlər var

Bu gün saat 09 radələrində Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəkidən keçən hissəsində ağır yol qəzası baş verib.

​​​​​​"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, yolun Suçma kəndindən keçən hissəsində “VAZ-2106” və “Mercedes” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində “VAZ”dakı 1977-ci il təvəllüdlü sərnişin, Zaqatala rayon sakini Vüqar Ramazanov və “Mercedes”in 1992-ci il təvəllüdlü sürücüsü, Şəki şəhər sakini Allahyar Qəhrəmanov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

“VAZ-2106”nın sürücüsü 43 yaşlı Qəşəm Mustafazadə isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

​​​​​​"Cebheinfo.az"

Избранный
3
12
cebheinfo.az

10Источники