RU

Zelenski-Tramp danışığı başlayıb - Yenilənir

Bu gün Ukrayna və ABŞ Prezidentləri Volodimir Zelenski ilə Donald Tramp arasında telefon danışığı keçiriləcək.

“Qafqazinfo” “RBK Ukraina” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı Zelenski Finlandiya Prezidenti Aleksandr Stubb ilə birgə mətbuat konfransında açıqlayıb. 

Ukrayna liderinin sözlərinə görə, söhbət zamanı Tramp və rusiyalı həmkarı Vladimir Putin arasında dünən baş tutan telefon danışığı zamanı əldə olunan razılaşmalar müzakirə ediləcək.

***

Ağ Evin məlumatına görə, prezidentlər arasında telefon danışığı başlayıb.

Избранный
9
5
qafqazinfo.az

10Источники