RU

Xətai rayonunda 28 kiloqram narkotik vasitə aşkarlanıb

Xətai Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı paytaxt sakini 35 yaşlı Orxan Bayramlı və 31 yaşlı Fuad Əliyev narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onlardan, ümumilikdə, 17 kiloqram heroin və marixuana aşkarlanıb. Saxlanılan şəxslər narkotik vasitələri sifariş əsasında satış məqsədilə deyiləcək ünvana çatdıracaqdılar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, cari ilin əvvəlindən Xətai rayonunda narkotiklərə qarşı həyata keçirilən əməliyyatlar zamanı ümumilikdə 61 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən 28 kiloqram müxtəlif xassəli narkotik vasitə 553 ədəd preqabalin, 147 ədəd metadon, 107 ədəd tramadol həbi, 1 ədəd “Makarov” tapançası və 8 ədəd patron çıxarılıb.

Избранный
5
17
yeniazerbaycan.com

10Источники