Bələdiyyə məclisi bu gün İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun vəzifəsini müvəqqəti icra edəcək şəxsi müəyyən edib. aia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İmamoğlunun vəzifəsini CHP-nin namizədi Nuri Aslan yerinə yetirəcək. O, AKP-dən olan rəqibi Zeynel Abidin Okulu səsvermədə üstələyib.