
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Co Baydenlə telefonda danışıb.
Reyting.az-ın xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı İsrailin Qəzzaya hücumları, İsveçin NATO üzvlüyü, “F-16” məsələsi və ikitərəfli əlaqələr müzakirə edilib.
Prezident Ərdoğan Qəzzada humanitar fəlakətin dayandırılması zəruri olduğunu və ABŞ-ın İsrailə qeyd-şərtsiz dəstəyini dayandırmasının tezliklə atəşkəsi təmin edə biləcəyini vurğulayıb.
Türkiyə prezidenti Baydenlə danışığı zamanı bölgədə daimi atəşkəsin təmin edilməsinin ABŞ-ın tarixi məsuliyyəti olduğunu bildirib.
Qeyd edək ki, telefon danışığı ABŞ liderinin təşəbbüsü ilə baş tutub.