RU

“Nədənsə bizdə seriallara aşağı səviyyəli bir iş kimi baxırlar” - ŞƏRH

Bütün ölçülərlə birgə sənət üçün danılmaz bir keyfiyyət də var: tamaşaçı marağı. Bu gün hamımız etiraf etməyə məcburuq ki, seriallara baxırlar, serialları sevirlər. Amma yerli serialların izləyicisi olduğu qədər, onları qınaq obyektinə çevirənlər, tənqid edənlər də az deyil.

Mövzu ilə əlaqədar teatr və kino aktrisası Zülfiyyə Qurbanova MediaPost-a açıqlama verib.

Onun sözlərinə görə, serialın çəkiliş meydançası, bəlkə də, filmdən də çətindir:

alt“Çəkildiyim heç bir serial haqqında deyə bilmərəm ki, bu mənim yaradıcılığma mənfi təsir göstərdi. Hamısı təcrübədir. Seriallar məni kütlə arasında tanıdıb. Bunu inkar etmək olmaz. 2010-2011-ci ildən, Azərbaycanda serial çəkilişləri artmağa başlayandan bəri, demək olar ki, mütəmadi hər il bir seriala çəkilirəm. Böyüklü-balacalı bütün rollarımı sevərək oynamışam. Nədənsə bizdə seriallara aşağı səviyyəli bir iş kimi baxırlar. Serialın çəkiliş meydançası, bəlkə də, filmdən də çətindir. Çünki yükü çox olur. Səhnələr, efirə çatdırmaq məcburiyyəti var. Bu, aktyora fiziki, mənəvi yükdür, beyin yorğunluğudur”.

 

Fidan Ramazan

Избранный
258
10
mediapost.az

10Источники