RU

2023-cü ildə 1991-ci ildən bəri ən az uşaq Rusiyada doğulub

...2023-cü ildə Rusiyada doğum səviyyəsinin azalması SSRİ-nin dağılmasından sonra rekord həddə çatıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə demoqraf Aleksey Rakşa qeydiyyat idarələrinin və Rosstatın məlumatlarını təhlil etdikdən sonra bildirib.

Beləliklə, onun sözlərinə görə, ötən il Rusiyada 1,213 milyon uşaq doğulub.

Məlumatlara bura ilhaq edilmiş Krım və statistikası hələ ki, dərc olunmayan Çeçenistan daxil edilməyib.

Qeyd edilir ki,Rusiya müstəqillik əldə etdikdən sonra ən pis il 1,215 milyon körpənin doğulduğu 1999-cu il olmuşdu.

2023-cü ildə rusların orta ömür uzunluğu təxminən 73,5 il olub.Bu, əvvəlki illərlə müqayisədə yüksəkdir.

Rakşa, Ukraynada cəbhədəki ölümlərin 30-40 faizininstatistikaya daxil edilməyəcəyindən şübhələnir ki, bu da gözlənilən ömür rəqəmini “onda bir neçə, kişilər üçün isə iki dəfə” azalda bilər.

Rusiya demoqrafları, o cümlədən rəsmi orqanlar əvvəllər doğum nisbətinin daha da azalacağını proqnozlaşdırmışdılar. Xüsusilə analıq kapitalı və uşaq müavinətləri ilə məşğul olan Rusiyanın Sosial Fondu ötən payız2023-cü ildə ölkədə 1,245,2024-cü ildə 1,172, 2025-ci ildə 1,153, 2026-cı ildə isə 1,143 milyon uşağın doğulacağını proqnozlaşdırıblar.

Qeyd edək ki, doğuş nisbətinin aşağı düşməsi Rusiya hakimiyyəti tərəfindən mütəmadi olaraq müzakirə edilir. “Demoqrafik göstəriciləri yüksəltmək” naminə onlar abort və kontrasepsiya imkanlarını məhdudlaşdırmaq üçün təşəbbüslərlə çıxış edirlər. Səhiyyə naziri Mixail Muraşko qadınların ilk növbədə təhsil almaq və özlərini maddi cəhətdən təmin etmək, yalnız bundan sonra uşaq sahibi olmaq barədə düşünmək istəyini “pis təcrübə” adlandırıb.

Ağasəf Babayev

Избранный
340
50
sia.az

10Источники