RU

Azərbaycan xaricdən ərzaq alışını – 200 MİLYON DOLLAR AZALDIB – YENİ RƏQƏMLƏR

Azərbaycan xaricdən ərzaq alışını 2023-cü ildə 203 milyon dollar azaldıb.

KONKRET.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, ötən il xaricdən 2 milyard 160 milyon dollarlıq yeyinti məhsulları alınıb ki, bu 2022-ci illə müqayisədə 203 milyon dollar və ya 8,6% azdır.

Bəzi məhsullar üzrə idxalın azalması 30-40%-ə çatır. Bir sıra məhsullarda isə əksinə, idxal daha da artıb.

Beləliklə, 2023-cü ildə idxalı ən çox azalan məhsul buğda olub – 2022-ci ildəki 436 milyon dolların qarşısında 2023-də xaricdən ölkəyə cəmi 304 milyon dollarlıq buğda gətirilib – 133 milyon dollarlıq qənaət yaranıb.

İdxalı azalan 2-ci məhsul  bitki və heyvan mənşəli yağ və piylərdir – 2023-cü ildə bu məhsuldan ölkəyə 184 milyon dollarlıq idxal edilib. 2022-ci ildə isə bu rəqəm 297 milyon dollar idi – 114 milyon dollar və ya 38% qənaət baş verib.

Xaricdən idxcalı azalan digər məhsul kərə yağıdır. 2022-ci ildə ölkəyə xaricdən 108 milyon dollarlıq kərə yağı idxal edilmişdi, 2023-cü ildə bu rəqəm 92 milyon dollara enib.

Ötən il xaricdən meyvə-tərəvəzin idxalı da 4-6 milyon dollar azalıb. Əvəzində ötən il xaricdən Azərbaycana düyü və süd-qaymaq idxalı artıb. İdxal edilən düyünün həcmi 50 min tondan 54 min tona, onun dəyəri isə 42 milyon dollardan 50 milyon dollara yüksəlib. Süd qaymaq idxalı isə 19 milyon dollardan 24 milyon dollara artıb.

Daha detallı cədvəldə:

Məhsullar Dəyər

2023

(min

dollar)

Dəyər

2022

(min

dollar)

Artım-

azalma

(min

dollar)

Artım-azalma faizlə Yeyinti mәhsulları 2 160 158 2 363 142 – 202 984 – 8,6% O cümlədən         Әt 86 739 84 264 + 2 475 + 2,9% Süd vә qaymaq 23 906 18 955 + 4 951 + 26,1% Kәrә yağı 92 416 108 182 – 15 765 – 14,6% Tәrәvәz vә meyvә 229 914 235 987 – 6 073 – 2,6% Çay 70 557 75 469 – 4 912 – 6,5% Buğda 303 983 436 551 – 132 568 – 30,4% Qarğıdalı 20 825 24 155 – 3 330 – 13,8% Düyü 50 086 42 550 + 7 535 +17,7% Bitki-heyvan

mәnşәli piylәr

vә yağlar

183 676 297 491 – 113 814 -38,3%

 

2023-cü ildə Azərbaycana ərzaq məhsullarının idxal miqdarı 2022-ci illə müqayisədə 8,2% azalıb.

Daha detallı cədvəldə :

(ton)

2023

(ton)

2022

(ton)

%

Məhsullar Miqdar Miqdar Artım -azalma Artım- azalma Faizlə
Yeyinti mәhsulları 1 887 806 2 056 626 – 168 821 – 8.2%
O cümlədən        
Әt 41 708 44 573 – 2 865 – 6.4%
Süd vә qaymaq 12 661 10 088 + 2 573 +25.5%
Kәrә yağı 16 596 18 563 – 1 966 – 10.6%
Tәrәvәz vә meyvә 352 882 378 098 – 25 216 – 6.7%
Çay 13 676 14 406 – 730 – 5.1%
Buğda 1 175 341 1 292 996 – 117 655 – 9.1%
Qarğıdalı 73 062 75 864 – 2 802 – 3.7%
Düyü 54 591 50 236 + 4 355 +8.7%
Bitki vә heyvan mәnşәli piylәr vә yağlar 147 287 171 802 – 24 514 – 14.3%
Избранный
330
9
konkret.az

10Источники