RU

Azərbaycan Avropa Şurasından çıxma prosedurunu nəzərdən keçirir

Bakı. Trend:

Azərbaycan Avropa Şurası Parlament Assambleyasının (AŞPA)Azərbaycanın nümayəndə heyətinin etimadnaməsini ratifikasiyaetməmək qərarına cavab olaraq Avropa Şurasından çıxma prosedurununəzərdən keçirir.

Trend-ə məlumolduğu kimi, rəsmi Bakı həmçinin, Avropa İnsan HüquqlarıMəhkəməsinin (AİHM) yurisdiksiyasını qəbul etməkdən imtina edəbilər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Avropa Şurası ParlamentAssambleyasındakı (AŞPA) nümayəndə heyəti yanvarın 24-də qurumuniclasında bəyanatla çıxış edib.

"Biz Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinəetiraz etmək təşəbbüsünü bu çirkin kampaniyanın tərkib hissəsi kimidəyərləndiririk. Biz, həmçinin bu təşəbbüsü Azərbaycanda hazırdagedən seçki prosesinə əsassız müdaxiləyə yönəlmiş məqsədyönlü vəqəbuledilməz cəhd, ölkəmizdə demokratik təsisatların fəaliyyətinəxələl gətirən məkrli addımların bariz nümunəsi kimiqiymətləndiririk. Nümayəndə heyətimizin etimadnaməsini ratifikasiyaetməkdən imtina ilə bağlı təklif bütövlükdə Avropa Şurasınınetibarlılığına və qərəzsizliyinə ciddi zərbə olacaq, bunun ciddi vəgeri dönməz nəticələrinə görə məsuliyyət tamamilə onuntəşəbbüskarlarının üzərinə düşəcək.

Dünyada heç kim, o cümlədən bu zalda əyləşənlər Azərbaycanlatəhdid və şantaj dili ilə danışa bilməzlər. AŞPA-nın tarixində heçvaxt bu təşkilat özünü belə biabırçı şəkildə aparmayıb.

AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya vəİslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA iləəməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətədayandırmaq qərarına gəlib", - bəyanatda deyilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Избранный
203
40
az.trend.az

10Источники