RU

Avtomobilin mühərrikini oğurlayan şəxs saxlanıldı

Bakıda “Mercedes” markalı avtomobilin mühərrikini oğurlanıb.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbirlərlə Biləcəri qəsəbəsi ərazisində yerləşən avtoservislərin birində “Mercedes” markalı avtomobilin 2500 manat dəyərində mühərrikini oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Orxan Quliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Избранный
166
18
bakivaxti.az

10Источники