RU

Şirkətlə keçmiş işçisi arasında maşın davası

Bakıda fəaliyyət göstərən "Fitstar Herbal Products” MMC ilə bağlı maşın qalmaqalı davam edir.

MMC-nin direktoru Firdovsi Vəliyev Qaynarinfo-ya bildirib ki, hələ də şirkətə məxsus "Mercedes-Benz” markalı avtomobili keçmiş işçisindən ala bilmir. 

Direktorun sözlərinə görə, avtomobil şirkətin keçmiş işçisi Xəyyam Nəriman oğlu Rəhimov tərəfindən faktiki olaraq oğrulanıb. "Xəyyam Rəhimov şirkətə məxsus avtomobili saxta dövlət nömrə nişanı - AZ 20 EU 594 nömrə bağlamaqla idarə edir", deyə Firdovsi Vəliyev bildirib. 

O əlavə edib ki, ölkə rəhbərliyinə müraciətindən sonra iş nəzarətə götürülüb: "Daxili işlər naziri Vilayət Eyvazov məsələni şəxsi nəzarətə götürdü. Daxili İşlər Nazirliyi Katibliyinin rəis müavini Rüfət Allazov məni qəbul etdi. Şikayətimi dinlədi, yazılı şəkildə də şikayətimi təqdim etdim. Cənab nazir şikayətimin üzərinə nəzarət qaydasında dərkənarı qoyub, Daxili İşlər Nazirliyinin Təhqiqat və İstintaq Baş İdarəsinə göndərdi. Orada təhqiqatçı dedi ki, Gəncə Şəhər Polis İdarəsində təkrar ekspertiza təyin olunacaq”.

Firdovsi Vəliyev deyib ki, bundan sonra Gəncə Dövlət Yol Polisinin (DYP) əməkdaşları tərəfindən avtomobil saxlanılıb. Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Hüseynalı Məhərrəmov avtomobilə hal şahidlərinin müstəqil ekspertin iştirakı ilə baxış keçirib: "Baxış zamanı müəyyən olundu ki, Xəyyam Rəhimov şirkətə məxsus "Mercedes-Benz” markalı, AZ 77 AE 649 dövlət nömrə nişanlı avtomobilə saxta dövlət nömrə nişanı - AZ 20 EU 594 nömrə bağlamaqla idarə edir. Saxtakarlıq aşkar olunması ilkin baxış protokolunda qeyd olundu. Saxtakarlıq üzə çıxandan sonra təhqiqatçı Hüseynalı Məhərrəmov məhkəmə ekspertizası təyin etdi. O bildirdi ki, iştirakımla ekspert avtomobilə baxış keçirəcək”.

Şirkət rəhbərinin iddiasına görə, ekspertiza onun iştirakı olmadan keçirilib və saxta rəy tərtib olunub. "Mən əminliklə deyirəm ki, bu rəy saxtalaşdırılıb” deyən Firdovsi Vəliyev yenidən DİN rəhbərliyindən yardım istəyir: "Sizdən xahiş edirəm ki, baş verənlərlə bağlı qanuni tədbir görülməsi üçün müvafiq göstəriş verməklə şirkətimizə məxsus "Mercedes-Benz” markalı, AZ 77 AE 649 dövlət nömrə nişanlı avtomobilin geri qaytarılmasını təmin edəsiniz. Onu da Sizin diqqətinizə çatdırıram ki, Xəyyam Rəhimov saxtakarlığı ifşa olunandan sonra yalandan deyir ki, guya şirkətə məxsus avtomobili geri qaytarıb. Faktiki isə hazırda saxta nömrə nişanı ilə şirkətə məxsus maşını idarə etməkdədir”.

Seyid
Избранный
359
2
qaynarinfo.az

10Источники