"Qalatasaray"ın qapıçısı Fernando Muslera Super Liqada 400-cü oyuna çıxıb. Futbolpress.az xəbər verir ki, qolkiperin yubileyi "Rizespor"la XXIX tur matçına təsadüf edib. "Qalatasaray" görüşdə 6:2 hesablı qələbə qazanıb. Muslera "Qalatasaray"la ən çox oyun keçirən əcnəbi futbolçu olub. Qolkiper 400 oyunda 385 qol buraxıb, 154 matçda isə qapısını toxunulmaz saxlayıb. 37 yaşlı qapıçı 2011-ci ildən "Qalatasaray"ın formasını geyinir.