RU

Oğuzda meşə kənarında silah-sursat AŞKARLANDI

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisindəki meşə massivinin kənarından biri yivli olmaqla, 2 ov tüfəngi və həmin silahlara məxsus 1000 patron aşkarlanaraq götürülüb.
Bu barədə Ednews-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Məlumata görə, profilaktik tədbirlər zamanı isə rayon sakini olan şəxs atasından qalan sənədsiz tüfəngi könüllü olaraq polisə təhvil verib.

Избранный
211
8
ednews.net

10Источники