Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 9-da Daşkənddə iranlı həmkarı İbrahim Rəisi ilə görüşüb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə türk KİV-ləri məlumat verib.
Məlumata görə, görüşdə liderlər ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Qeyd edək ki, hər iki ölkənin dövlət başçısı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısına qatılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun