AZ

RUSİYA ORDUSUNUN DAHA BİR HƏRBİ CİNAYƏTİ - VİDEO

Əsirlərdən canlı qalxan kimi istifadə olunur

Ukraynanın Buça və İrpen şəhərlərində törədilən insanlığa qarşı ağır hərbi cinayətlərdən sonra Rusiya ordusunun hansı “qəhrəmanlıqlara” qadir olduğu bütün dünyaya məlum oldu. Lakin Rusiya hərbi komandirləri bununla qane olmurlar və getdikcə daha yeni cinayət növləri icad etməkdə davam edirlər.

“AzPolitika.info” xəbər verir ki, “Azadlıq Radiosu” Rusiya ordusunun daha bir hərbi cinayətini əks etdirən videogörüntülər yayımlayıb. Drondan çəkilmiş videoda Rusiya Ordusundan olan bir qrup hərbi cinayətkarın üç ukraynalı əsirin arxasında gizlənərək, Ukrayna ordusunun mövqelərinə doğru hərəkət etdikləri və atəş açdıqları görünür. Bu görüntülər “Azadlıq Radiosu”na Rabotino yaxınlığında döyüşən Ukrayna Silahlı Qüvvələrinin hərbçilərindən daxil olub.Kadrların birində ukraynalı əsirin yerdə hərəkətsiz uzandığı görünür. Ukraynalı döyüşçünün taleyi hələlik məlum olmasa da, onun böyük ehtimalla qətlə yetirildiyi güman edilir.

Ukrayna Ombudsmanı Dmitri Lubinets qeyd edib ki, bu cür hərəkətlər Cenevrə Konvensiyasının kobudcasına pozulmasıdır: “Cenevrə Konvensiyasına əsasən, hərbi əməliyyatlarda iştirak etmək üçün hərbi əsirlərdən istifadə etmək qadağandır.Yəni, hərbi əsir rəsmi status aldıqdan sonra xüsusi yaradılmış hərbi əsir düşərgəsində yerləşdirilməli, hərbi əməliyyatlardan uzaq olmalı, mübadilə prosedurunu gözləməlidir”.

Qeyd edək ki, bu günlərdə rus hərbçilərin daha bir cinayətini əks etdirən kadrlar yayımlanıb. “DeepState” kanalı bir qrup işğalçı əsgərin təslim olaraq səngərdən çıxarkən iki ukraynalı hərbçini güllələdiyini əks etdirən video yayımlayıb. Videoda əsgərlərdən birinin əllərinin başının arxasında olduğu görünür.

“AzPolitika.info”

VİDEO bu linkdə: https://www.unian.net/war/okkupanty-prikryvalis-vo...

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
449
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
43895
Abdullahianın cəsədi tapıldı - FOTO
31761
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
25590
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24737
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20097
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17569
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15143
Helikopterin qalıqları tapılıb
11738
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11710
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8123
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
7669
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6961
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6897
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5907
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5321
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
4595
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4458
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3962