AZ

Vətəndaşlara 3 milyondan çox ziyan vuranlar ələ keçdi

Xaçmazda vətəndaşların etibarından sui-istifadə edərək, onlara 3 milyon manatdan artıq ziyan vuran şəxslər saxlanılıblar.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AzVision.az -a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhər sakini Könül Müzəffərovanı saxlayıb. Könül Müzəffərova uzun müddət ərzində ayrı-ayrı şəxslərə vədlər verərək, onların ümumilikdə 55 min manat pulunu ələ keçirib.

Keçirilən digər əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Ceyhun Əsgərov da saxlanılıb. O, bir neçə şəxsin etibarından sui-istifadə etməklə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirib və beləliklə zərərçəkmişlərə, ümumilikdə 3 milyon manatdan artıq zərər vurub.

Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

AzVision.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
38
Mənbələr
Şərh ()
Bağla