AZ

Lavrov görüşə çağırdı, gəlmədilər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqı ölkələrinin səfirlərinə Rusiyada keçiriləcək prezident seçkilərinə müdaxilə etməməyi tövsiyə edib.Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Russia Today" yayıb.XİN rəhbərinin sözlərinə görə, Moskva Aİ ölkələrinin Səfirliklərinin ölkədəki prezident seçkilərinə necə hazırlaşmaqlarına dair materiallar toplayıb. O bildirib ki, bu səfirliklər müdaxilə mexanizmləri yaradır.Lavrov vurğulayıb ki, bunun ardınca avropalı səfirlər Rusiyanın XİN rəhbəri ilə görüşə dəvət olunub. Bu görüşdə onlara sözügedən fəaliyyətlə məşğul olmamaqlarına dair çağırış ediləcəkdi: "Görüşdən iki gün əvvəl onlar bizə bu qeydi göndərdilər: "Biz gəlməməyi qərara aldıq".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
180
4
Mənbələr
Şərh ()
Bağla