AZ

Nikol qorxdu: Moskvaya səfərə hazırlaşır - SENSASİON gəlişmə

Ermənistan Baş naziri Nikol Paşinyanın 7 martda hakim “Mülki Müqavilə” fraksiyasının üzvləri ilə keçirdiyi qapalı toplantı barədə mediaya bəzi məlumat sızıb.

Erməni müxalif mediası qapalı toplantıda Paşinyanın Avropa Birliyinə üzvlüyə namizəd olmaq üçün müraciəti müzakirəyə çıxardığını iddia edib.

Bildirilib ki, bu müzakirə ciddi narahatlıqla müşahidə olunub. Deputatlardan bəziləri bu addımın Rusiyanı ciddi şəkildə qıcıqlandıracağı və Ermənistan üçün acı nəticələrə səbəb olacağını qeyd ediblər.

Xarici işlər naziri Ararat Mirzoyanın çıxışı isə bu narahatlığı daha da artırıb. O deyib ki, Ermənistan iqtisadiyyatı Rusiyadan kəskin şəkildə asılıdır və əgər hər hansı iqtisadi istiqamət dönüşü olarsa, İrəvan çıxılmaz vəziyyətdə qala bilər. Buna baxmayaraq, o, çıxışının AB istiqamətində atılan addımlara qarşı başa düşülməməsini istəyib, Ermənistanın yerinin AB-də olduğunu vurğulayıb.

Müzakirələrdən sonra Nikol Paşinyan kəskin dönüşdən yayınmaq, Rusiyanı qıcıqlandırmamaq, Avropa istiqamətini tədricən, Ermənistanın maraqlarına uyğun davam etdirmək barədə fikir söyləyib.

İclasda iştirak edən mənbənin sözlərinə görə, Nikol Paşinyan bir neçə gündür radikal qərarların tərəfdarı kimi çıxış edib. Belə ki, 7 martda keçirilən görüş 3-cü olub, bundan əvvəl partiyanın deputatları ilə bu mövzuda daha iki görüş keçirilib. Lakin iqtisadi təhlillərdən və real statistikadan sonra son iclasda fikrini dəyişib.

Mənbə bildirib ki, Paşinyan geri addım atmaq qərarına gəlib, hətta Rusiya ilə son vaxtlar yaşanan gərginliyi yumşaltmaq üçün Moskvaya səfər etmək niyyətini də dilə gətirib. O bildirib ki, Ermənistanın hazırkı kursunun davam etdirilməsi üçün Rusiyadan iqtisadi asılılığı tədricən azaltmaq lazımdır. (Axar.az)

Seçilən
201
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18523
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17796
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17049
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
16524
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15543
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14706
Çingiz Mustafayevin toyudur - FOTOLAR
13972
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
13736
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11077
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10925
"Zaur, yenə çaşdın..." - VİDEO
8548
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7574
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6833
Minimum əmək haqqı nə qədər arta bilər?
6789
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6417
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
5870
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5539
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5416
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
5033