AZ

Seçdiyi kişiyə görə qadınların xarakteri - Test

Milli.Az bildirir ki,  lent.az-ın təqdim etdiyi bu psixoloji test qadınlara aiddir. Hansı kişi tipini seçmələrinə uyğun olaraq onların xarakteri barədə məlumat sahibi ola bilərsiniz.

Riçard Gir tipində kişiləri sevən qadınlar kişilərin ağlına və sadiqliyinə heyran olurlar. Kişi gözəlliyi deyəndə ağlınıza ilk bu gəlir. Onlar üçün münasibətlərdə güvən ən birinci şərtdir. Siz bir dəfə amma ömürlük aşiq olursunuz. Tərəfdaşınız sizin güvəninizi qazanmaq üçün xeyli səy göstərməlidir. Rahat, səmimi xarakteriniz var. Sizin kimi qadınlar kişiləri yaxşı pul qazanmağa ilhamlandırır.

Pavel Priluçnıy tipində"pis oğlanları" sevən qadınlar yaxşı ev sahibəsi və ana olurlar. Kişilər sizin kimi qadınların daim onlara verdiyi diqqəti, qayğını sona qədər qiymətləndirmir, səylərinizi görməzdən gəlirlər. Əgər qədrinizi bilən bir kişi ilə ömür yoldaşı olsanız, dağları devirəcək gücdə ola, çiçək kimi açıla bilərsiniz. Münasibətlərdə romantikaya üstünlük verirsiniz, bir güllə sizi xoşbəxt etmək mümkündür.

Burak Özçivit tipində kişiləri xarizmatik qadınlar seçirlər. Belə qadınların güclü xarakteri olur. Siz yanınızda özünüzdən güclü kişinin olmasını istəyirsiniz. Ehtiraslı, səmimi, gözlərində alov qaynayan, cazibədar qadınsınız. İstəyirsiniz yanınızdakı kişi bütün məsuliyyəti öz üzərinə götürsün. Təəssüf ki, istəklərə baxmayaraq, belə qadınlar zəif kişiləri seçib sonra da əzab çəkirlər.

Vyaçeslav Tixonov kimi kişiləri sevənlər istəyirlər ki, kişi onlar üçün arxasında gizlənəcəkləri divar rolunu oynasın. Siz çox şeyi anlamağa və bağışlamağa qadir qadınsınız. Belə qadınlar xəyanəti bağışlamırlar, hətta ərlərindən ayrılmasalar belə, bu ömürlük  ürəklərində yara kimi qalır. Evdə daim  rahatlıq, komfort, xoş ab-hava olmasını istəyirlər və bunu yaradırlar. Belə qadınlar dava- dalaşı sevmir, daim sülh yaratmağı bacarırlar.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
138
11
Mənbələr
Şərh ()
Bağla