AZ

Müharibəni qacılmaz edən amillər

2003-cü ildə Prezident seçiləndən Minsk qrupunun həmsədrlərini dəfələrlə qəbul edən İlham Əliyev Azərbaycanın öz haqq işində bir addım da olsa geri çəkilməyəcəyini və bir qarış da olsa ərazi güzəştinə getməyəcəyini qəti şəkildə bildirmişdi.2010-cu ilin oktyabrında Azərbaycan tərəfinin qəti təkidi ilə işğal olunmuş ərazilərə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin rəhbərliyi altında beynəlxalq dəyərləndirmə missiyasının səfəri təşkil edilmişdi. Missiya üzvləri Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən məskunlaşdırma siyasətinin davam etdirildiyini, infrastruktur, yer adlarında dəyişikliklərin, həmçinin iqtisadi fəaliyyətin həyata keçirildiyini təsdiq etmişdilər. Dağlıq Qarabağda və ona bitişik işğal olunmuş ərazilərdəki faydalı qazıntılar və meşə ehtiyatları amansızcasına talan edilirdi.

2016-cı ilin aprelində atəşkəs rejimi dövründə Azərbaycan və erməni qoşunlarının təmas xəttində ən böyük hərbi qarşıdurma baş verdi. Aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycanın mövqeləri və yaşayış məntəqələri erməni silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Əks-hücuma keçən Azərbaycan hərbçiləri ermənilərin lovğalıqla "keçilməz” elan etdikləri istehkam xətlərini bəzi yerdə 20 dəqiqəyə, bəzi yerdə 2 saata yarıb keçdi. Azərbaycan mühəndis-istehkamçılarının sərəncamında olan vasitələrin beşdə biri səddi yarmağa kifayət etmişdi. Aprel döyüşləri nəticəsində erməni tərəfinin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edildi. Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altında olan 2 min hektardan çox ərazisi azad edildi. Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Füzuli rayonunun İranla sərhəd ərazilərinin təhlükəsizliyi təmin edildi.Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisləri arasında əldə edilən razılığa əsasən atəşkəs bərpa olundu. Aprel döyüşlərindən sonra ATƏT-in Minsk qrupunun 2007-ci ildə təklif etdiyi "Madrid prinsipləri" yenidən gündəmə gəldi.

Aprel döyüşlərindən sonra ATƏT-in Minsk qrupunun 2007-ci ildə təklif etdiyi "Madrid prinsipləri" yenidən gündəmə gəldi. Bu prinsiplərəgörə ilk mərhələdə erməni silahlı qüvvələri və onların havadarları tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ətrafındakı Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları və Laçın rayonunun 13 kəndi Azərbaycana qaytarılmalı, növbəti mərhələdəerməni silahlı qüvvələri və onların havadarları tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ətrafındakı Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları və Laçın rayonunun 13 kəndi Azərbaycana qaytarılmalı, növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları azad edilməli idi. Dağlıq Qarabağın azərbaycanlı icması öz yerlərinə qayıtmalı, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilməli idi.

Lakin 2018-ci ildə Ermənistanda N.Paşinyanın hakimiyyətə gəlişi danışıqlar prosesinə əngəllər törətməyə başladı. 2019-cu ilin martında Ermənistanın müdafiə naziri Nyu-Yorkdakı erməni icmasının nümayəndələri ilə görüşü zamanı "yeni torpaqlar üçün yeni müharibə”nin zəruriliyi haqqında bəyanat verdi. Əvvəlcə danışıqlarda Dağlıq Qarabağın ayrıca tərəf kimi iştirak etməsini təkid edən N.Paşinyan isə 2019-cu ilin avqustunda Xankəndinə etdiyi qanunsuz səfəri zamanı "Qarabağ Ermənistandır və nöqtə" deməklə sülh prosesinə ağır zərbə vurdu. İki ay sonra Rusiyada keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun illik iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq ictimaiyyət qarşısında Ermənistan Baş nazirinin məsuliyyətsiz sözlərinə də münasibət bildirdi: "Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi". 2020-ci ilin mayında Şuşada qondarma "Dağlıq Qarabağ Respublikası"nın prezidentinin andiçmə mərasiminin keçirilməsi, parlamentin və paytaxtın Şuşaya köçürülməsi planı, Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərlər və s. təxribatçı davranışlarla Ermənistan hökuməti Dağlıq Qarabağ probleminin dinc yolla həll edilməsinin mümkünsüzlüyünü dünya ictimaiyyətinə göstərdi

Mahirə Quliyeva,
Xətai rayonu, 64 saylı məktəbin Tarix müəllimi

Seçilən
133
40
Mənbələr
Şərh ()
Bağla