AZ

Azərbaycanda cəzaçəkmə müəssisəsində ilkə imza atıldı - FOTOlar

Azərbaycanda ilk dəfə olaraq cəzaçəkmə müəssisəsində üztanıma sistemi yaradılıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sistem ilk olaraq Penitensiar Xidmətin yeni tikilmiş Lənkəran Penitensiar Kompleksinin cəzaçəkmə müəssisəsində quraşdırılıb.

Sistemin quraşdırılmasında məqsəd müəssisədə cəza çəkən məhbusların təhlükəsizliyini təmin etməkdir.

Müəssisənin bir korpusunda cəza çəkən məhbus digər yad korpusa daxil olarsa, bu zaman üztanıma sistemi işə düşür.

Sistem həmin şəxsin yad olduğunu aşkarlayır və dərhal həyəcan siqnalı işə düşür.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
31
milli.az

10Mənbələr