AZ

Səhər oyanan kimi 5 ədəd qoz yesəniz,görün nələr olacaq...

Bəzi qidalar nizamlı olaraq istehlak edildikdə bədənimizə daha faydalı təsir göstərir. Bu qidalardan biri də qozdur.

Medicina.az xəbər verir ki, qoz orqanizmi xolesterol da daxil olmaqla onlarla problemdən qoruyan qidadır.

Son illərdə qozun faydaları ilə bağlı araşdırmalar onun sağlamlığa müsbət təsirlərini sübuta yetirib.

Antioksidant mənbəyidir

Qozun digər çərəzlərdən daha yüksək antioksidant səviyyəsinə malik olması, tərkibindəki E vitamini və polifenol adlı bitki birləşməsindən qaynaqlanır. Sağlam, yetkin şəxslər üzərində aparılan bir araşdırma, qozun yeməkdən sonra "pis" (LDL) xolesterolun oksidləşdirici zərərinin qarşısını aldığını aşkarlayıb.

Damarlarda pis xolesterinin yığılması ateroskleroza səbəb ola bilər. Bu səbəbdən qoz istehlakı böyük əhəmiyyət kəsb edir.

Omega-3-lə zəngindir

Omeqa-3 ilə digər çərəzlərdən daha zəngin olması qozu ən faydalı qidalardan biri edir. Onun 28 qramında 2,5 qram Omeqa-3 var.

Bitkilərdən, o cümlədən qozdan əldə edilən Omeqa-3 yağına alfa-linolenik turşu (ALA) deyilir. Bu yağı mütləq qidalar vasitəsilə almalısınız. Gündəlik ALA qəbulu 1,6 ilə 1,1 qram arasındadır. Bir porsiya qoz bu ehtiyacınızı qarşılayır.

Araşdırmalar göstərib ki, gündəlik qəbul edilən hər qram ALA ürək xəstəliyindən ölmə riskini 10% azaldır.

İltihabın düşmənidir

İltihab ürək-damar xəstəlikləri, 2-ci tip diabet, Alzheimer və xərçəng kimi bir çox xəstəliyin kökündə yatan əhəmiyyətli bir reaksiya olaraq önə çıxır. Qozdakı polifenollar iltihabla mübarizə aparmağa kömək edə bilər. “Ellagitannin”lər adlanan polifenolların bir hissəsi iltihabı xüsusi olaraq azaldır. Çünkibağırsaqlardakı faydalı bakteriyalar “ellagitannin”ləri iltihabdan qoruyan “urolitin”lər adlanan birləşmələrə çevirir.

Qozda olan ALA omeqa-3 yağı, maqnezium və amin turşusu arginin də iltihabı azaltmaqda təsirlidir.


Aysel

Seçilən
113
11
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18356
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17687
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16931
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15424
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
15099
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14499
Çingiz Mustafayevin toyudur - FOTOLAR
13324
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
12914
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10853
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
10850
"Zaur, yenə çaşdın..." - VİDEO
8514
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7500
Minimum əmək haqqı nə qədər arta bilər?
6732
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6670
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6277
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5416
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
5388
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5327
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4971