AZ

İsrail ordusu Qəzzada Şifa xəstəxanasının binasını partladıb

"Əl-Əqsa" telekanalının xəbərinə görə, İsrail qüvvələri Qəzza şəhərinin qərbində Şifa xəstəxanasında bir binanı partladıb. Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Fələstin dövlət televiziyası da bir neçə saat əvvəl İsrail qüvvələrinin Şifa xəstəxanasına sığınan məcburi köçkünlərə xəstəxana şəhərciyini dərhal boşaltmaq üçün elanlar verdiyini açıqlayıb. Dünən iftar vaxtı İsrail ordusunun Şifa xəstəxanası ərazisinə doğru atdığı intensiv artilleriya atəşi nəticəsində onlarla insan ölüb və yaralanıb. Eləcə də İsrail ordusu martın 18-də səhər saatlarında Qəzza şəhərinin qərbində yerləşən Şifa xəstəxanasına pilotsuz uçuş aparatları və şiddətli atışmaların müşayiəti ilə basqın etdiyi bildirilmişdi. Dünən verilən açıqlamada İsrail ordusu Şifa xəstəxanası bölgəsindəki basqın çərçivəsində indiyədək təxminən 90 fələstinlinin həyatını itirdiyini, ordu qüvvələri və Daxili Təhlükəsizlik Təşkilatı Şin-Bet (Şabak) tərəfindən isə xəstəxana şəhərciyindəki 300-dən çox fələstinlinin dindirildiyini qeyd edilib. Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail qüvvələri tərəfindən mühasirəyə alınan Şifa xəstəxanasında xəstələrin, səhiyyə işçilərinin və köçkün mülki şəxslərin sıxışdırıldığı bildirilib. Şifa Xəstəxanasında mühasirədə qalanların yemək və içki tapa bilmədiklərindən 2 gün oruclarını aça bilmədikləri açıqlanıb. Qadir, Bizimyol.info

Seçilən
181
16
Mənbələr
Şərh ()
Bağla