AZ

“Vardanyan səs-küylü cinayətlərə şərikdir”

Erməniəsilli rusiyalı milyarder Ruben Vardanyan Ukraynaya qarşı təcavüzə şərikdir.

Gundem.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Qarabağa Dönüş” İctimai Birliyinin hesabatında, Britaniya parlamentinin üzvü, mühafizəkar partiyanın deputatı Bob Bləkmən deyib.





“Biz başa düşməliyik ki, bu, Rusiyanın Ukraynadakı addımlarına görə sanksiyaya məruz qalan şəxsdir. Rusiyanın hərbi potensialını gücləndirməyə çalışdığı da məlumdur. Onun (Vardanyanın) şirkətləri Ukraynada və Qarabağda hərbi mövcudluğun genişləndirilməsi prosesində geniş istifadə olunurdu”, - britaniyalı deputat bildirib.

R.Vardanyan, həmçinin Ukraynaya və onun vətəndaşlarına qarşı törədilmiş cinayətlərdə iştirakına görə Ukraynanın “Sülhməramlı” sanksiya bazasına daxil edilib.

Hesabatda 1968-ci il təvəllüdlü Vardanyanın “Troyka Dialoq” investisiya şirkətinin rəhbəri və əsas tərəfdaşı kimi ilkin cinayət əməlləri də diqqətdən kənarda qalmayıb. “Troyka” Rusiyadan çirkli pulların yuyulması ilə məşğul olan geniş ofşor şirkətlər şəbəkəsi yaradıb.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatları Layihəsinın (OCCRP) araşdırmaçı-jurnalistlərinin bildirdiyinə görə, “Troika Laundromat”a 75 ofşor şirkət daxil idi. Bu şirkətlər 2006-2013-cü illər ərzində hazırda fəaliyyətini dayandırmış Litva bankının köməyi ilə 4,8 milyard dollar məbləğində maliyyə vəsaitini saxta əməliyyatlar yolu ilə çıxarıb. Vəsaiti son alanlar arasında Rusiya Prezidenti Vladimir Putinin dostu və violonçel ifaçısı olan Sergey Rolduqin də var idi.



“Ruben Vardanyan iyirmi ildən artıq bir müddətdə Qərb tipli investisiya bankçılığının siması, Rusiya kapitalizminin doğulduğu dövrdə “Troyka Dialoq”un yaradıcısı olub və uğurları ona milyarder statusu və Kremllə əlaqələr qazandırıb”, - hesabatda qeyd edilib. Təsvirin əks tərəfinin tamamilə fərqli olduğu ortaya çıxdı.

Vladimir Putinlə şəxsi əlaqələrinə baxmayaraq, R.Vardanyan Qərbin sanksiyalarından yayınmaq üçün 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edib.

Eyni zamanda, R.Vardanyan Azərbaycan ərazisində tanınmamış separatçı qurum olan qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsini tutaraq öz “istedadı”ndan yaxşı istifadə etməyə yer tapmışdı. Belə ki, o, burada qeyri-qanuni olaraq mis, molibden və qızıl yataqlarını ələ keçirmişdi.



Rusiya sülhməramlıları tərəfindən “qorunan” resurslar bütün ekoloji standartları pozaraq talan edildi. Azərbaycan hakimiyyəti ekspertlərin yataqlara çıxışına icazə verilməsini tələb edirdi, lakin bu dəfələrlə rədd edilib. “Canadian Geopolitical Monitor”un məlumatına görə, R.Vardanyan Bakı ilə İrəvan arasında sülh sazişinin əldə edilməsində potensial uğurun qarşısının alınmasında fəal iştirak edib.

Hesabatda qeyd edilib ki, Vardanyanın bir sıra cinayətlər törətməsindən şübhələnmək üçün çoxlu səbəblər var: terrorçuluğun maliyyələşdirilməsi, qanunla nəzərdə tutulmayan hərbiləşdirilmiş birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə, habelə Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
17952
Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
14763
Ramiz Tahirovun yerinə bu general təyin edildi - Foto
9943
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
8317
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
7390
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
7176
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
7113
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
7031
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
6944
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
6667
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
5700
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
5417
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
5196
İntim videolar çəkən polkovnik şikayətini geri götürdü
5081
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
4834
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4546
Sabah 20 dərəcə isti olacaq
4232
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3983
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
3345
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
3273