AZ

Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilib. 
 
Moderator.az xəbər verir ki, müşavirədə paytaxtın çoxmərtəbəli yaşayış binalarında mövcud lift təsərrüfatının vəziyyəti təhlil edilib. Qeyd edilib ki, ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illərdə paytaxtda, istismar müddəti bitmiş, sovetlər dövründən qalma mindən çox lift müasir liftlərlə əvəz edilib və bu istiqamətdə işlər davam etdirilir. Bununla yanaşı şəhərin lift təsərrüfatında müəyyən problemlər qalmaqdadır və  təcili müdaxilələrə zərurət yaranıb. 
Müşavirədə Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin fəaliyyəti ciddi tənqid edilib. Qeyd edilib ki, martın 26-da Binəqədi rayonunda baş vermiş  hadisə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində komissiya yaradılıb və hüquq0mühafizə orqanları ilə birgə Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin fəaliyyətinin hərtərəfli yoxlanılması aparılır.
Yol verilən nöqsanlara görə Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin direktoru Xalid Ələkbərova şiddətli töhmət elan edilib və Komissiyanın yekun rəyinə əsasən onun tutduğu vəzifədə qalıb-qalmayacağına dair qərar veriləcəyi qeyd edilib. Eyni zamanda “Bakımənzilavtomat” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi İlham Hüseynov və Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov isə araşdırma müddətində vəzifələrindən kənarlaşdırılıblar. Həmçinin Binəqədi rayon təsərrüfat xidmətlərinin rəhbərlərinə xəbərdarlıq edilərək rayon rəhbərliyinə onların şəxsi məsuliyyət məsələsinə baxılması tövsiyə edilib.
Müşavirədə həm də Bakı şəhərində aparılan abadlıq-quruculuq işlərinin vəziyyəti müzakirə edilib. Bildirilib ki, paytaxtımız son illərdə böyük sayda beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bununla əlaqədar abadlıq-quruculuq işlərinin daha da gücləndirilməsinə dair müvafiq tapşrıqlar verilib və şənbə günü paytaxt ərazisində geniş iməclik və ağacəkmə aksiyalarının keçirilməsi qərara alınıb.
Seçilən
22
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
25397
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16582
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13811
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
13780
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11257
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10323
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
10175
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
9919
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9167
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7025
Səidə Sultan klipi üçün lüt soyundu
6823
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6108
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5868
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5465
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
5374
Talıb Tale evlənir
5087
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4450
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
4144
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4071