AZ

Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO

Bakının Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, naməlum şəxs zərərçəkənə yaxınlaşaraq onun mobil telefonunu və içərisində sənədləri olan çantasını talayıb.
 
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Mustafayev Sərxan saxlanılıb.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
24
17
Mənbələr
Şərh ()
Bağla