AZ

"Qış parkında" dayanacaq bahalaşdı...

Image

Məlum olduğu kimi, 1 aprel tarixindən etibarən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) balansında olan yeraltı parklanma məntəqələrində yeni aylıq tariflər tətbiq olunacaq. 1 saata qədər 1 AZN, 1-3 saat üçün 2 AZN, 3-6 saat üçün 3 AZN, 6-12 saat üçün 5 AZN, 12-24 saat üçün 10 AZN ödəniş tələb olunacaq.

Bundan başqa, təklif olunan aylıq paketə görə, hər gün 12 saat maşını park etmək üçün 100, 24 saat üçün 140 manat ödəniləcək. "Qonşular" paketinə görə 75 AZN ödəniləcək. Qurumun məsələ ilə bağlı açıqlamasında qeyd olunur ki, Hökumət evi, Qış parkı və Mərkəzi Parkda yeraltı parklanma məntəqələri üzrə parklanma fəaliyyətindən daxilolmalar xərcləri tam qarşılamır: “Parklanma məntəqələrində mövcud avadanlıqlar (lift, eskalator, ödəniş terminalları, yanğından mühafizə sistemi və s.) qeyri-qənaətbəxş vəziyyətdədir, təmiri və yenilənməsi üçün əsaslı vəsait qoyuluşu tələb olunur. Yaranan zərərin azaldılması, eləcə də əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə mövcud tariflərin dəyişdirilməsi məqsədəuyğun hesab edilib". 

Qeyd edək ki, bu qərar ictimaiyyətdə müzakirələrə səbəb olub.

Ilqar Hüseynli: “Qiymətlərin şəhərdaxili kateqoriyalar həddində müəyyən edilməsi daha məqsədəuyğun olar” 

Sosial sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, burada hədəf kimi şəhər mərkəzində sıxlığın aradan qaldırılması görülür: “Həmçinin nəqliyyat vasitəsi sahiblərinin ictimai nəqliyyata yönəlməsi üçün mövcud parkinq tarifləri müəyyən olunur. Lakin bunu başqa stimullaşdırıcı addımlarla etmək mümkündür. İstənilən halda qiymətlər son dərəcədə bahadır. Qiymətlərin müəyyən edilmiş şəhərdaxili kateqoriyalar həddində müəyyən edilməsi daha məqsədəuyğun olar. Onu da deyim ki, parkinqlərlə bağlı ciddi narazılıqlar var. Daimi iş yerlərinə gələn şəxslər də nəqliyyat vasitələrini park etmək üçün mövcud tariflərlə ödəniş etməli olurlar. Buna görə bəzi ərazilərdə istisnalar tətbiq olunmalıdır”. 

Elməddin Muradlı: “Qiymətlər hazırkı reallıq üçün bahadır, amma əks tərəf də ortaya əsaslı arqument qoyur ki, bu məbləğ qurumun saxlanması üçün çox önəmlidir” 

Nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, parkinqlərin idarə edilməsinin özü ayrıca ağır bir mexanizmdir: “Vaxtilə parkinqlərin tikilməsinə, təmir olunmasına böyük miqdarda pul xərclənib. Bu gün həmin parkinqlərin qorunması da ağır başa gəlir. Təsəvvür edin, təkcə “Qış Parkı”nda 47 havalandırma sistemi çalışır. Eyni zamanda orada qrunt sularının atılması sistemi quraşdırılıb, yeraltı sular oradan çıxır. “Azadlıq Meydanı”nda da vəziyyət eynidir. Orada da nə qədər işçi heyəti, işıqpulu, supulu və digər xərclər var. Məndə olan məlumata görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bunların hamısının hesabatını aparır və baxdıqda görür ki, parkinq ziyanla işləyir. Məsələn, 12 və ya 24 saatlıq parklanma bir çox özəl parkinqlərdə olduqca bahadır. Həmin ərazilərdə parklanmanın aylığı 200-250 manat civarındadır. Ona görə də bu məsələlərlə bağlı müəyyən təhlillər aparılıb və qurum zərərə uğramaması üçün qiymətləri belə tənzimləyib. Bildiyim qədər, hələlik 30 manatlıq “qonşular tarif”i 50 manata çatdırılıb ki, bu da həmin ərazidə yaşayanlar və işləyənlər üçündür. Eyni zamanda, həmin şirkətin nümayəndələri, orada çalışanlar da aylıq 80 və 100 manat aylıq ödəniş etməli olacaqlar. Qiymət belə müəyyənləşdirilib”.

Ekspert onu da əlavə etdi ki, qiymətlər hazırkı reallıq üçün bahadır, amma əks tərəf də ortaya əsaslı arqument qoyur ki, bu məbləğ qurumun saxlanması üçün çox önəmlidir. Ola bilər, növbəti mərhələlərdə müəyyən sosial təbəqələri nəzərə alsınlar. Eyni zamanda bir müddət sonar, bəlkə insanlar oradan az istifadə edər deyə, qurumlar da məcbur qalıb məsələyə yenidən baxar, qiyməti azaldar ki, vətəndaşlar yenidən ora üz tutsunlar. O boyda strukturu saxlamaq, xərclərini qarşılamaq elə də asan məsələ deyil.

Günel CƏLİLOVA





Seçilən
85
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sahibləri 50 manat cərimə olunacaqlar - VİDEO
16965
11-ci sinif şagirdini maşın vurub öldürdü - Foto
14768
Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO
10407
Səidə Sultan klipi üçün lüt soyundu
9927
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir
9355
Faiq Sadıqov
9070
Azərbaycanlı müğənninin oteldən ŞOK BİABIRÇI görüntüsü yayıldı- VİDEOsu
5979
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
5936
Gənc aparıcı vəfat etdi - FOTO
5714
DƏHŞƏT: İtkin düşən 25 yaşlı qadın torpağa basdırılmış halda tapıldı – FOTO
5453
Rayon xəstəxanalarında həkim çatışmazlığı problemi hələ də həll edilməyibVİDEO
5407
10 yaşlı uşağın faciəvi ölümü
5353
17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub”
4921
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
4746
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
4672
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
4269
Ruslan Müşfiqabadlının anası vəfat edib
3793
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
3361
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür
3215
Aktrisa Çimnaz dekolteli gecəliyi ilə GÜNDƏMƏ GƏLDİ - VİDEO
3099