AZ

Dövlət orqanlarına vakant vəzifələrə daxili müsahibə elan edilir

Martın 28-də 18 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun olan 41 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.

Bu barədə 7Times.az -a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Daxili müsahibə elan edilən vəzifələrin 3-ü inzibati vəzifələrin üçüncü təsnifatına, 13-ü dördüncü təsnifatına, 7-si beşinci təsnifatına, 5-i altıncı təsnifatına və 13-ü yeddinci təsnifatına aiddir. Qeyd edək ki, daxili müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (7 vəzifə) tərəfindən təqdim olunub. Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında İqtisadiyyat şöbəsinin müdiri və Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatında Ümumi şöbənin müdiri vəzifələridir.

Eyni zamanda, daxili müsahibə elan edilən vəzifələrdən 4-ü Naxçıvan Muxtar Respublikasının 4 dövlət orqanı, 4-ü isə 3 yerli icra hakimiyyəti orqanı tərəfindən təqdim edilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Bu, vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə DİM tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə aşağıda qeyd edilən kateqoriyaya şəxslər iştirak hüququna malikdir:

-Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;

-Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

– 1–3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci – üçüncü təsnifatlarına uyğun olan vəzifələrə, habelə 2-ci kateqoriya dövlət orqanlarına aid mərkəzi icra hakimiyyəti orqanlarında, onlara bərabər tutulan orqanlarda (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi) inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələrə (struktur bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) iddia edən şəxslər.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər aprelin 15-dək DİM-in internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Seçilən
52
9
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17388
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17029
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16141
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
14513
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13476
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10117
Çingiz Mustafayevin toyudur - FOTOLAR
9830
"Zaur, yenə çaşdın..." - VİDEO
8227
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
8145
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
7653
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6955
Minimum əmək haqqı nə qədər arta bilər?
6425
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5943
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5723
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4879
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4594
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4587
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
4215
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3478