AZ

HƏMAS-la danışıqlarda bundan istifadə edəcəyik - Netanyahu

İsrail Qəzza zolağında hərbi əməliyyatlar zamanı HƏMAS-ın "strateji aktivlərini" ələ keçirib.
BUTA.TV xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu israilli girovların ailələri ilə görüşdə deyib. O qeyd edib ki, danışıqlar zamanı bundan istifadə etmək niyyətindədir:

“Biz HƏMAS-ın strateji aktivlərini ələ keçirdik. Bu, girovlarımızın azad edilməsi üçün daha bir açardır. Bu günə qədər 123 girov geri qaytarılıb. Digər girovların da hər birini geri qaytarmağa borcluyam. Mən şəxsən gecə-gündüz bu işlə məşğulam”.

Seçilən
21
9
Mənbələr
Şərh ()
Bağla