AZ

“Ateshgah Sigorta”ya işçi axtarılır

Ateshgah Sigorta
Mühüm müştərilərlə iş üzrə mütəxəssis
 Son tarix 28 apr 2024 – Müraciət et
Əsas vəzifə öhdəlikləri:

Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.

Namizədə tələblər:

Yaş: 23-35
Təhsil: Ali
İş təcrübəsi: Satış sahəsində bir ilə qədər
Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis dili (orta)

Şəxsi keyfiyyətlər:

Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

İş şərtləri:

Əmək müqaviləsi bağlanılır
İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
İş vaxtı: I-IV günlər 09:00 – 18:00, V gün 09:00 – 17:00
Şirkət tərəfindən korporativ nömrə və telefon verilir
Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq
Bonus və rüblük motivasiya

Seçilən
60
1
Mənbələr
Şərh ()
Bağla