AZ

İçəridən kömək ediblər, məqsədləri Ankara ilə… - Türkiyəli ekspertdən “Crocus” ŞOKU

Martın 22-də Moskva yaxınlığındakı "Crocus City Hall"dakı terror aktı ilə bağlı şok bilgilər orataya çıxıb. 

Ölkə.Az xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə türkiyəli ekspert Eray Güclüer terror aktının detallarını açıqlayıb.

Ekspertin sözlərinə görə, terror ABŞ və Avropa ölkələrinin kəşfiyyat orqanları tərəfindən törədilib. 

"Məqsəd Rusiya ilə Çini Türk dünyası və İslamla qarşı-qarşıya qoymaq və parçalamaq olub. Lakin Putinin belə bir oyuna gedəcəyi mümkün deyil", - ekspert deyib.

O eyni zamanda bildirib ki, törədilən terror aktı İŞİD-in taktikasına və strategiyasına uyğun deyil. "İŞİD-in terror taktikası tamamilə fərqlidir. Onlar terror hadisəsini törədəndən sorna yaxındakı hücrələrində gizlənirlər və müəyyən müddət orada gözlləyirlər, ara sakitləşdikdən sonra qiyafələrini dəyişib ortadan yox olurlar. Amma burada biz tamamilə fərqli bir taktikanı gördük. Terror törədirlər və rahatca da aradan çıxıb gedirlər. Bilə-bilə ki onları izləyirlər, 500 km yolu qət edirlər və yolda silahlarını atırlar. İŞİD isə silahını atmır, ölsə də, sonadək savaşır", - o bildirib.

Ekspert onu da əlavə edib ki, bu hadisə rus kəşfiyyatının zəif olduğunu ortaya çıxardı. "Necə ola bilər ki, xaricdə təlim görüb Moskvaya gəlir və orada terror üçün uzun müddət hazırlıq işləri görürlər. Hətta terroru törədənlərdən biri konsert baş verməzədn 30 dəqiqə əvvəl hadisə yerinə gəlir, ora haqqında geniş məlumat əldə edir və bundan rus polisinin xəbəri olmur. Konsertin hansı salonda keçiriləcəyi barədə məlumata malik olublar. Hadisəni törədirlər və rahatca da çıxıb gedirlər. Bu isə onu deməyə əsas verir ki, içəridən kimlərsə onlara dəstək verən olub.

Amma kəşfiyyatın bundan xəbəri olmur. Bu rus kəşfiyyatında ciddi problemlərin ortaya çıxdığını ortaya qoydu. 

Rus kəşfiyyatının digər zəif məqamı isə ondan ibarət oldu ki, onlar terrorçulara onları idarə edən və tapşırıq verənlərlə görüşmə yerinə çatmadan saxladılar. Çünki onlara terrorun sifarişçiləri ilə görüşməyə imkan versəydilər, o zaman terror aktının konkret olaraq kimlər tərəfindən törədiləcəyini biləcəkdilər. Amma buna imkan verilmədi”. 

Ekpset bildirib ki, yaxın gələcəkdə Rusiyada buna oxşar hərəkətlər olacaq: "Vaxtını deyə bilmərəm, amma mütləq olacaq".

Ekpsertin fikrincə, bu terroru törədənlər yeni nəsil terror təşkilatlarıdır: "Əməlləri eyni olsa da, kimlikləri fərqlidir. Bu yeni nəsil terror təşkilatı sifariş, icraçı terrorçu təşkilatlardır. Bunu da yaradan ABŞ-dir. Çünki bunları digərlərindən fərləndirən cəhəti nizami hərəkət etmələridir".

Rusiyanın buna necə cavab verəcəyinə gəldikdə isə ekspert deyib ki, hadisənin konkret hansı ölkə tərəfindən törədildiyi bəlli olmadığından Moskva buna simmetrik yox, assimetrik cavab verəcək: "Putin bunu bağışlamayacaq və mütləq cavab verəcək. Yəni Avropa ölkələrində bu özünü büruzə verə bilər.  Rusların buna gücü var. 

Digər tərəfdən Putin kəşfiyat orqanlarında da təmizlik işləri həyata keçirəcək. Necə ki Ukrayna ilə müharibədə ona qarşı çıxanlar aradan götürüldü, indi də kəşfiyyat orqanlarında bu işlər həyata keçiriləcək".

Mürtəza
Ölkə.Az

Seçilən
219
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
2981
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
2483
Bakıda hoteldə yanğın başlayıb
2080
Bu yol qovşağında təmir işləri aparılacaq
2030
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1124
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1086
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
891
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
852
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
836
Çingiz Mustafayevin toyudur - FOTOLAR
802
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
720
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
698
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
609
Sabah 5 kəndin qazı kəsiləcək
605
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
603
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
598
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
559
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
524
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
480
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
470