AZ

Xabi Alonso ilə bağlı qərar verildi

Tarix: 29 Mart 2024 10:28

"Bayer"in baş məşqçisi Xabi Alonsonun taleyinə aydınlıq gəlib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, ispaniyalı mütəxəssis Almaniya klubunu tərk etməyəcək.
Alonso ən azı 2025-ci ilin yayına qədər Leverkuzen təmsilçisini çalışdıracaq. Onun 2026-cl ilin yayına qədər nəzərdə tutulan müqaviləsində sərbəstqalma məbləği də göstəriləcək.
Qeyd edək ki, Bundesliqanın liderinin baş məşqçisinin xidmətində "Bavariya" və digər Avropa klubları maraqlıdır.

Milli.Az

Seçilən
22
1
Mənbələr
Şərh ()
Bağla