AZ

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Tufan Axundov xərçəng xəstəliyindən vəfat edib.

O, 26 noyabr 1948-ci ildə Bakı şəhərində anadan olmuşdu. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun məzunu idi. “Şimal-Şərqi Azərbaycanın yaşayış məntəqələrinin tarixi topoqrafiyası və məskunlaşma sistemi” mövzusunda namizədlik, “Şimal-Qərbi Azərbaycan Eneolit və Tunc dövrlərində” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdi.

Azərbaycan arxeologiyasında cəmiyyətin inkişaf dinamikasının ətraf mühitin inkişaf qanunları ilə əlaqədar təhlilinə əsaslanaraq abidələrin mövcudluğunun əvvəlcədən proqnozlaşdırılması, Şimal-qərbi Azərbaycanda arxeoloji ənənələrin inkişaf mərhələlərinin müəyyənləşdirilməsi, Cənubi Qafqazda tunc dövrü yeni arxeoloji ənənəsinin əsaslandırılması, Qafqazın ən qədim metallurgiyasının faktiki sübutlarının aşkarlanması alimin əsas elmi istiqamətlərini təşkil edirdi.

Tufan Axundovun iştirakı ilə Alxantəpə və Polutəpə abidələri kəşf edilmiş, onun Alxantəpəyə aid 735 səhifəlik kitabı çap olunmuşdu. Alim, həmçinin 100-dən çox elmi əsərin, “Təlatümlü illər”, “Alxantəpə yaşayış yeri - Leylatəpə ənənəsi”,  “Qafqaz sivilizasiyasının başlanğıcı. Azərbaycan neoliti. İkinci kitab: Qarabağ neolit ənənəsinin abidələri”, “Azərbaycan torpağına türbət demişəm” kimi kitabların müəllifi idi.

Allah rəhmət eləsin!























Bizi Facebookda izləyin

Seçilən
60
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17183
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
16816
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16026
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
14237
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13220
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10009
Çingiz Mustafayevin toyudur - FOTOLAR
8803
"Zaur, yenə çaşdın..." - VİDEO
8133
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6744
Minimum əmək haqqı nə qədər arta bilər?
6324
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
6224
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5753
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
5620
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5593
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4790
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4501
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4485
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi - FOTO
3458
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3421