- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Tbilisi, 29 mart, AZƏRTAC
Gürcüstanın dini müxtəlifliyi onun ən böyük sərvətlərindən biridir. Bizim ayrılmaz hissəmiz olan müsəlman icması ölkəmizin inkişafına böyük töhfələr verir və qardaşlığımız uzun bir tarixə malikdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze müsəlman icması üçün təşkil olunmuş iftar süfrəsində söyləyib.
Onun sözlərinə görə, Gürcüstan dövləti 237 məscidi müsəlman icmasına verib, daha 20 məscid isə təhvil verilməyə hazırdır. Dövlət müsəlman icması üçün ayrılan maliyyəni 4 milyon 150 min lariyədək artırıb və gələcəkdə bu dəstək daha da artacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi