AZ

"Axırıncı dəfə 60 il əvvəl maşın sürmüşəm" - Ramiz Mehdiyev DANIŞDI - YENİLƏNİB

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb.

Lent.az-ın məlumatına görə, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiyi bildirilib. İşə Pərviz Muradovun hakim təyin edildiyi qeyd olunub.

Yayılan xəbərlə bağlı "manset.az" Ramiz Mehdiyevlə əlaqə saxlayıb. O açıqlamasında xəbəri təkzib edib.

“Mənim məhkəməyə verilməyimlə bağlı xəbəri sizdən eşidirəm. Bu barədə mənə xəbərdarlıq edilməyib. Ümumiyyətlə, mən maşın sürmürəm. Axırıncı dəfə 60 il bundan əvvəl maşın sürmüşəm. Heç bir yerdə də cərimə edilməmişəm. Bunlar başdan-ayağa uydurmadır”.

Qeyd edək ki, Ramiz Mehdiyevin cərimə olunduğu və bu cəriməni vaxtında ödəmədiyinə görə məhkəməyə verildiyi bildirilmişdi.

***

28 mart, saat 20:43

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. 

Lent.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Muradov iş üzrə hakim təyin edilib. 

529.3-cü maddə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud İnzibati Xətalar Məcəlləsinin 353.2-ci (İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi) maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən üç ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi ilə bağlıdır. 

Bu maddədə inzibati xəta növü kimi nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur. 

Qanunvericiliyə görə, barəsində 529.3-cü maddə ilə protokol tərtib edilən şəxs bu barədə məlumatlandırılır. Daha sonra iş baxılması üçün məhkəməyə göndərilir. 

Ramiz Mehdiyevin ittiham olunduğu maddədən aydın olur ki, o, bundan əvvəl törətdiyi inzibati xətaya görə ona kəsilən cəriməni ödəməyib. 

Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Adminstrasiyasının rəhbəri, 2019-2022-ci illərdə isə AMEA-nın prezidenti olub.

Seçilən
53
19
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17091
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
16718
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15993
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
14175
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13121
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9993
Çingiz Mustafayevin toyudur - FOTOLAR
8512
"Zaur, yenə çaşdın..." - VİDEO
8110
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6700
Minimum əmək haqqı nə qədər arta bilər?
6278
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5717
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5518
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
5422
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4760
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
4592
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4453
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4449
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi - FOTO
3458
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3403