AZ

Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur - Komitə sədri

Dünyanın heç bir ölkəsində qanunvericilik çərçivəsində pensiya yaşının azaldılmasına baxılmır. 














Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev bildirib. 






O bildirib ki, bu gün dünyada uzunömürlülük artır.






"Pensiya yaşının azaldılması əvəzinə artırılması bu gün dünyada müzakirə olunur. Ona görə də azaldılması məsələsini gündəmə gətirəndə bunu nəzərə alasınız”, - deyə deputat bildirib.






Deputat xatırladıb ki, hazırda Azərbaycanda 1 milyon 100 min pensiyaçı var.






"6 ildən sonra pensiyaçıların sayı 1 milyon 300 min nəfərə çatacaq, 2040-ci ildə 1 milyon 600 min nəfər olacaq. Yəni insan ömrünün uzanması ilə bağlı məsələlər gedir. Biz muzdlu qaydada çalışan insanların sayını artırmalıyıq. 5 milyon 300 min iqtisadi fəal əhali var, yalnız 1 milyon 700 min nəfəri muzdlu qaydada əmək müqaviləsi bağlayıb əməklə məşğuldur", - Musa Quliyev əlavə edib.






Qeyd edək ki, parlamentin bu gün keçirilən iclasında bəzi deputatlar pensiya yaşının azaldılmasını təklif edib. 

Seçilən
70
9
Mənbələr
Şərh ()
Bağla