AZ

Kart hesablarınız bu yolla OĞURLANIR

Smartfonlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bununla belə, bu qurğular kiberhücumların və zərərli proqramların hədəf nöqtəsi olub. Kiberhücumçular və zərərli proqramlar tez-tez Android əməliyyat sisteminə üstünlük verirlər. Çünki bu smartfonlardan məlumatları oğurlamaq daha asandır. Lakin son vaxtlar xakerlər iPhone modellərinə də müdaxilə edirlər. Ona görə də hansı telefondan istifadə etməyimizdən asılı olmayaraq, zərərli proqramlar təhlükə mənbəyinə çevrilə bilir.

KONKRET.az xəbər verir ki, smartfonları zərərli proqramlardan qorumağın bir sıra üsulları var.

Cihazın əməliyyat sistemini və proqramlarını mütəmadi olaraq yeniləmək lazımdır. Həmçinin naməlum mənbələrdən proqramların yüklənməsi mobil cihazlar üçün risklidir. Bu proqramlar cihaza zərər verə, şəxsi məlumatları oğurlaya və ya cihazın işinə mənfi təsir göstərə bilər.

Antivirus proqramlardan istifadə etmək də çox önəmlidir.

Bu proqramlar cihaza yoluxa biləcək virusları, troyanları, soxulcanları, casus proqramları və digər zərərli proqramları aşkarlayır və bloklayır. Saxta linklərə qarşı xüsusilə ehtiyatlı olmaq lazımdır. Naməlum nömrədən gələn mesajlara və ya e-poçtlardakı naməlum keçidlərə klikləməkdən çəkinmək lazımdır. Bu bağlantılar zərərli virusların cihaza yoluxmasına icazə verə bilər.

Son zamanlar fırıldaqçılar etibarlı mənbə kimi görünən hesablardan e-məktublar göndərir və “bəzi problemləri həll etmək” üçün linklərə klikləməyi söyləyirlər. Saxta linklərə kliklədiyimiz zaman hakerlər məlumatlarımızı, kart hesablarımızı oğurlaya bilir.

Bundan əlavə həmişə güclü parollardan istifadə etmək lazımdır. Güclü parollar hesablarımızı şəxslərin və ya avtomatlaşdırılmış hücum proqramlarının girişindən qoruyur. Zəif parollar asanlıqla təxmin edilə və oğurlana bilər ki, bu da hesabların təhlükəsizliyinə xələl gətirir.

Parollar nə qədər uzun olarsa, təhlükəsizlik səviyyəsi də bir o qədər yüksək olar.

Ən azı 12 simvoldan ibarət paroldan istifadə etmək lazımdır. Parol seçərkən sadə və asanlıqla təxmin edilə bilən parollar deyil, təsadüfi sözlər, rəqəmlər və xüsusi simvollardan ibarət uzun sətirdən istifadə etmək tövsiyə edilir. Parollara hərflər, rəqəmlər və xüsusi simvollar (məsələn, !, @). , #, $, % və s.) yazmaq məsləhətlidir. Hesabların təhlükəsizliyini artırmaq üçün parolları mütəmadi olaraq dəyişmək lazımdır.Sfera.az

Seçilən
52
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18182
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17547
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16778
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15256
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14250
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
13095
Çingiz Mustafayevin toyudur - FOTOLAR
12648
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
11924
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10730
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
10486
"Zaur, yenə çaşdın..." - VİDEO
8434
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7336
Minimum əmək haqqı nə qədər arta bilər?
6610
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6508
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6111
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5233
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5180
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4820
22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto
4457