AZ

“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı artdı

“Crocus City Hall”da baş verən terror aktında ölənlərin sayı artıb.

Bu barədə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko məlumat verib.

“Təəssüf ki, ağır güllə yaraları alan və vəziyyəti son dərəcə ağır olan daha bir pasiyent xəstəxanada dünyasını dəyişib. Həkimlər onun həyatı üçün mübarizə aparıblar və əllərindən gələni ediblər”, – deyə o, bildirib.

Beləliklə, ölənlərin sayı 144 nəfərə çatıb.

Mənbə: RİA Novosti

Seçilən
51
1
Mənbələr
Şərh ()
Bağla