Tacikistanda Rusiyada konsert salonuna edilən hücumla əlaqəsi olduğu düşünülən 9 adam saxlanılıb.
Reyting.az xəbər verir ki, Tacikistan və Rusiyada konsert salonuna edilən hücumla bağlı başladılan istintaq davam edir.
Tacikistan Dövlət Təhlükəsizlik Komitəsi hücumla əlaqəsi olduğu düşünülən 9 şəxsin nəzarətə götürüldüyünü açıqlayıb.
Bildirilir ki, 9 şübhəlinin hamısı bazar ertəsi Vəkhdat şəhərində saxlanılaraq paytaxt Düşənbəyə gətirilib. Rusiyada isə hücumla əlaqəli 8 nəfər həbs edilib.
Qeyd edək ki, martın 22-də Rusiyada konsert salonuna hücum nəticəsində 143 nəfər həyatını itirib. V. QULİYEV