AZ

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 29 mart, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım tədbiri keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Həmkarlar Təşkilatının sədri dosent Elxan İsakov ermənilərin iki əsr ərzində müxtəlif vaxtlarda azərbaycanlılara qarşı soyqırımı törətdiklərindən danışıb. Qeyd edib ki, 1918-ci ilin mart soyqırımı zamanı yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı qəddarlıqla qətlə yetirilib.

Elxan İsakov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanına əsasən, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Prezident İlham Əliyevin 2009-cü il 30 dekabr tarixli Sərəncamına əsasən Quba Soyqırımı Memorial Kompleksi yaradılıb və bu kompleksin 2013-cü ildə açılışı olub.

Daha sonra professor Pərvin Məmmədova və aparıcı elmi işçi Nüsrət Əliyev 1918-ci ilin mart soyqırımının öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciə olmasından danışıblar.

Çıxışlarda, həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı Şanlı Zəfər və 2023-cü ilin sentyabrında bir sutkadan az davam edən lokal xarakterli antiterror tədbirləri zamanı respublikamızın suverenliyinin tam təmin edildiyi, soyqırımı qurbanlarının qisasının alındığı vurğulanıb.

Seçilən
118
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17187
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
16824
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16026
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
14237
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13228
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10009
Çingiz Mustafayevin toyudur - FOTOLAR
8822
"Zaur, yenə çaşdın..." - VİDEO
8134
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6749
Minimum əmək haqqı nə qədər arta bilər?
6325
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
6266
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5753
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
5684
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5598
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4794
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4501
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4489
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi - FOTO
3458
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3422