AZ

Rəsmi Moskva: Vizasız rejim Ermənistanın təhlükəsizliyinə mənfi təsir göstərəcək

Ermənistan Avropa İttifaqının ümumi Aİ bazarına çıxışla bağlı boş vədlərinə inanarsa və bunun üçün Avrasiya İqtisadi İttifaqından çıxmaq qərarına gələrsə, pis vəziyyətdə qala bilər.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyindən NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin rəhbərliyi ilə “Ermənistanın Dostları Şəbəkəsi”nin Aİ ilə İrəvan arasında münasibətlərin dərinləşməsinə dair hesabatını şərh edərkən bildiriblər.

"Hesabata görə, Ermənistan əsas benefisiarı olduğu Avrasiya İqtisadi İttifaqından çıxmalıdır. Eyni zamanda, ermənilərin nə vaxt və hansı şərtlərlə Aİ-nin ümumi bazarına çıxış əldə edə biləcəyi barədə susurlar. Ola bilər ki, Avropa İttifaqının boş vədlərinə əməl edərək, respublika sakinləri pis vəziyyətə düşsünlər”.

Rusiya Xarici İşlər Nazirliyindən qeyd edilib ki, Avropa İttifaqı Ermənistanı sırf Avropa üçün resurs və mənfəət mənbəyi kimi qəbul edir: “Eyni zamanda, onlar ölkənin maraqlarının və prioritetlərinin Brüsseldən müəyyənləşdirilməsini normal hesab edirlər”.

Rusiya XİN-dən o da bildirilib ki, Ermənistanın Avropa İttifaqı ilə vizasız rejimin tətbiqi gənc və iqtisadi cəhətdən fəal əhalinin Avropaya böyük axınına gətirib çıxaracaq və Ermənistanın iqtisadiyyatına və təhlükəsizliyinə mənfi təsir göstərəcək.

Bu, Gürcüstan, Moldova, Ukrayna və Aİ-yə üzv olan Baltikyanı ölkələr, Polşa, Rumıniya, Bolqarıstan və s. nümunələrində özünü göstərir, belə ki, onların əhalisi az gəlirli iş üçün daha firavan ölkələrə kütləvi şəkildə axın edir.


Telegram kanalımız
Seçilən
59
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3717
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3536
Bu yol qovşağında təmir işləri aparılacaq
3023
Bakıda hoteldə yanğın başlayıb
2577
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1717
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1584
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1507
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1407
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1237
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1236
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1209
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1089
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1039
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
927
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
908
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
890
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
857
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
832
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
809
Sabah 5 kəndin qazı kəsiləcək
759