AZ

Sahibə Qafarova 3 beynəlxalq görüşdə COP29 konfransına hazırlıq işlərindən danışıb

Xəbər verdiyimiz kimi bu gün spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.İclasın əvvəlində spiker Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyətinin martın 22-dən 26-dək İsveçrənin Cenevrə şəhərinə işgüzar səfəri barədə qısa məlumat verib.Milli Məclisin sədri bildirib ki, səfərdə məqsəd Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Üçüncü Konfransında və Asiya Parlament Assambleyasının koordinasiya iclasında iştirak etmək idi.Spiker qeyd edib ki, Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında "Parlament diplomatiyası: sülh və qarşılıqlı anlaşma üçün körpülərin salınması" mövzusunda müzakirələr aparılıb və o, öz çıxışında beynəlxalq qaydalara əməl olunmaması, ikili standartların və müəyyən dövlətlərin maraqlarının üstünlük təşkil etməsi nəticəsində dünyanın daha parçalanmış və təhlükəli hala gəldiyini qeyd edib. Həmin iclasda o, parlament diplomatiyasının artan əhəmiyyətindən danışıb, sülh və qarşılıqlı anlaşma yaradılmasında parlamentlərin rolu barədə fikirlərini bölüşüb. Bildirib ki, xalqın nümayəndələri olaraq parlamentlər etimad, təhlükəsizlik və sülh şəraitində dinc birgəyaşayış məsələlərinin həllinə mühüm töhfələr verə bilərlər.Milli Məclisin sədri diqqətə çatdırıb ki, bildiyiniz kimi, hazırda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə və Asiya Parlament Assambleyasına Azərbaycan Milli Məclisinin sədri rəhbərlik edir. Spiker qeyd edib ki, Cenevrədə onun sədrliyilə bu iki təşkilatın iri miqyaslı tədbirləri keçirilib.Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Üçüncü Konfransında üzv parlamentlər, habelə beynəlxalq təşkilatların 56 nümayəndə heyəti iştirak edib.Toplantıda söylədiyi giriş nitqində Milli Məclisin sədri Qoşulmama Hərəkatına ölkəmizin sədrliyi dövründə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, Gənclər Təşkilatının və Qadınlar Platformasının yaradılması istiqamətində atılan addımların Hərəkatın institusional inkişafı üçün əhəmiyyətini qeyd edib.Eyni zamanda, o, Hərəkatın Parlament Şəbəkəsinin fəaliyyətinin gücləndirilməsi və institusional potensialının artırılması, digər parlamentlərarası təşkilatlar ilə dialoq və əməkdaşlığının inkişafı üçün görülən işlər barədə də məlumat verib.Konfransda “İqlim dəyişikliyi ilə mübarizədə parlament fəaliyyətinin canlandırılması” mövzusu ətrafında müzakirələr aparılıb. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi yanında beynəlxalq təşkilatlara müşahidəçi statusunun verilməsi haqqında qərarlar qəbul olunub, tədbirin yekunlarına dair Cenevrə Bəyannaməsi qəbul edilib. Həmçinin, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Parlamentlərarası İttifaq arasında Anlaşma Memorandumu da imzalanıb.Sonra Milli Məclisin sədri bildirib ki, Asiya Parlament Assambleyasının koordinasiya iclası Parlamentlərarası İttifaq çərçivəsində Azərbaycanın sədrliyi ilə keçirilən Assambleyanın ilk koordinasiya iclası olub.Spiker oradakı çıxışında bildirib ki, parlamentlərarası təşkilatların fəaliyyətinin genişlənməsinə yönələn qlobal tendensiyalar, parlamentlərin ikitərəfli və çoxtərəfli əməkdaşlığını tənzimləyən normativ hüquqi bazanın inkişafı, qlobal qərarların qəbulu proseslərində parlamentlərin daim artan iştirakı parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini göstərir.Bu baxımdan o, Asiya Parlament Assambleyasının rolunu diqqətə çatdırıb. Qeyd edib ki, təşkilat Asiyada və dünyada əməkdaşlığın, sülh və sabitliyin möhkəmlənməsinə nail olmaq üçün cari məsələlərin və çağırışların həlli üçün ümumi səyləri birləşdirən parlament diplomatiyasının mühüm platformasıdır. Spiker oradakı çıxışında Asiya Parlament Assambleyası ilə Parlamentlərarası İttifaqın ümumi məqsədlər naminə fəaliyyətini və səylərini əlaqələndirməyin zəruriliyini də vurğulayıb.Spiker qeyd edib ki, o, hər üç toplantıda bu ilin noyabrında Bakı şəhərində keçiriləcək COP29 konfransına hazırlıq işlərindən danışıb. Bildirib ki, ölkəmizdə 2024-cü il “Yaşıl Dünya Uğrunda Həmrəylik İli” kimi qeyd olunur. Bu gün Azərbaycanın çox ciddi yaşıl enerjiyə keçid gündəliyi mövcuddur və ölkəmizdə bərpa olunan enerjinin həm istehsalına, həm də ixracına böyük investisiyalar qoyulur. O, iqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərini təşviq etmək və hədəflərimizə çatmaq üçün bütün tərəflərin iştirakının vacibliyini bildirib.Spiker Sahibə Qafarova bildirib ki, Cenevrədə bir sıra ikitərəfli görüşlər də keçirilib. ICESCO-nun Baş direktoru, Serbiya, Əlcəzair, Qayana, Syerra-Leone, Qazaxıstan, Özbəkistan, Kot-Divuar parlamentlərinin sədrləri ilə görüşlərdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif aspektləri nəzərdən keçirilib. Qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində fikir mübadiləsi aparılıb.Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü də baş tutub. Aparılmış müzakirələr zamanı Azərbaycan ilə Ermənistan arasında davam edən sülh danışıqları şəraitində iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi ilə bağlı məsələlər nəzərdən keçirilib.Spiker Cenevrə şəhərinə işgüzar səfərin uğurlu keçdiyini deyib və bununla əlaqədar Milli Məclisin nümayəndə heyətinin hər bir üzvünə minnətdarlığını bildirib.

Seçilən
150
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17360
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
16974
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16076
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
14399
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13402
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10079
Çingiz Mustafayevin toyudur - FOTOLAR
9511
"Zaur, yenə çaşdın..." - VİDEO
8170
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
7539
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
6970
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6879
Minimum əmək haqqı nə qədər arta bilər?
6400
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5894
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5675
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4851
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4553
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4531
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi - FOTO
3458
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3440