AZ

Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir – ÇAĞIRIŞ

“Bu gün özünü ictimaiyyətə psixoloq kimi tanıdan şəxslərlə bağlı aidiyyəti qurumlar hüquqi müstəvidə addımlar atmalıdırlar”.

Bu sözləri  açıqlamasında klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov deyib.

Ali təhsili olmayan şəxslərin psixoloq kimi fəaliyyət göstərməsindən gileylənən mütəxəssis bildirib ki, digər sahələrdə olduğu kimi, psixologiya sahəsində dövlət öz nəzarətini gücləndirməlidir:

“Qanunun ən sərt üzünü göstərərək onlarla mübarizə aparmaq olar. Rəqəmsal platformalarda özünü psixoloq kimi təqdim edən şəxslərlə bağlı dövlət yoxlamalar aparmalıdır. Cinayət işləri açılmalıdır. “Həmkar”larımız bilməlidir ki, bu sahədə təhsil almadan fəaliyyət göstərmək qeyri-peşəkarlıqdır və başqalarına qarşı düşüncə cinayətidir.

Psixoloji xidmət kimi təklif olunan həyat koçluğu, NLP, şüuraltı terapevt kimi sahələr də dələduzluqdur. Onlara qarşı da hüquqi müstəvidə addımlara atılmalıdır. O zaman biz bu sahəni sağlam formalaşdıra bilərik. Rəqəmsal platformalarda özünü qeyd etdiyim sahənin mütəxəssisi kimi ifadə edən şəxslərə qarşı mübarizə aparmaq, onlara inanmamaq lazımdır”.

R.Nəcəfov deyib ki, psixoloq işləmək istəyən şəxlərin bu sahə üzrə minimum bakalavr və magistr təhsili olmalıdır:

“Onlara qoyulacaq əsas şərtlərdən biri minimum bakalavr, magistr təhsili və daha yüksək pillədə təhsilinin olmasıdır. Yəni minimum şərtlərə cavab verməyən heç kəsin bu sahədə fəaliyyət göstərməsinə icazə verilməməlidir. İnsanlarımız da mütəxəssisə müraciət etdikləri zaman ondan diplom tələb etsinlər”.

Qeyd edək ki, sosial şəbəkələrdə Arif Cəsur adlı şəxsin özünü psixoloq kimi təqdim etməsi müzakirələrə səbəb olub. Onun ali təhsili olmadığını deyən vətəndaşlar bu sahədə fəaliyyət göstərməsini qanunsuz hesab edir.

Onu da əlavə edək ki, qanunvericilik də ölkəmizdə bu sahədə ali təhsili olmayan şəxslərin psixoloq kimi işləməsini qadağan edir.

Seçilən
28
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3451
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3429
Bu yol qovşağında təmir işləri aparılacaq
2912
Bakıda hoteldə yanğın başlayıb
2497
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1523
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1496
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1475
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1328
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1140
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1137
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1038
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
969
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
948
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
848
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
826
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
813
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
806
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
806
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
779
Sabah 5 kəndin qazı kəsiləcək
747