AZ

“Latsio” fanatları İmmobileyə və ailəsinə hücum edir

İtaliyanın məşhur komandaları bu mövsüm kağızdan düzələn ev kimi dağılır.

"Football-plus.az" xəbər verir ki,A seriyasının ötənilki qalibi “Napoli” birinci “silahı yerə qoydu”. İndi isə gümüş mükafatçı “Latsio” ildırım sürəti ilə eniş yaşayır.

Romalılar uzun müddət mövsümün ağırlığına davam gətirdi. Hətta Çempionlar Liqasının ilk 1/8 final oyununda “Bavariya”da da qalib gəldilər. Ancaq sonradan təslim oldular. Ardıcıl 4 məğlubiyyətdən (biri “Bavariya”ya) sonra, yəni martın 13-də Mauritsio Sarri baş məşqçi vəzifəsindən istefa verdi. Onun yardımçısı Covanni Martuşyello baş məşqçinin səlahiyyətlərini yerinə yetirməyə başladı. Bir neçə gün sonra İqor Tudor “sükan arxasına” keçdi.
Belə düşünmək olardı ki, baş məşqçi dəyişikliyi adi haldı. Ancaq bu tarixçənin davamı gözlənilməz axar aldı - əsasən də “Latsio”nun prezidentu Klaudio Lotitonun sayəsində. O, TG1 kanalına açıqlama verərkən belə dedi:

“Sarrinin gedişi gözlənilməz oldu. Mənə onun istefası haqda xəbəri çatdıranda maliyyə komitəsindəydim. Sarri xəyanətə məruz qalıb. Bəzi adamların davranış xəyanətinə... Heyətdə pis bir şey var. “Bavariya”ya qalib gələn komanda ardından “Udineze”yə uduzur, həm də təkcə bu komandaya yox... Özünüzə sual verin”.


Lotito bu ehtiyatsız ifadə ilə adı çəkilən portalın cəhənnəmə yolunu açdı. Əksər azarkeşlər belə hesab etdi ki, boss paltardəyişmə otağının liderlərinin – onlardan biri də Çiro İmmobiledi – baş məşqçiyə qarşı sövdələşməsinə işarə vurur. Forvard bu mövsüm qeyri-adi dərəcədə aşağı məhsuldarlıq göstərir (35 oyunda cəmi 10 qol), son vaxtlar hətta əsas heyətdə də görünmür. Bu üzdən məhz o, prezidentin açıqlamasından sonra ən ciddi tənqid dalğasına məruz qaldı.

“Corriere della Sera”nın yaydığı məlumata görə, artıq martın 14-də Çironun küçədə iki azyaşlı uşağı ilə gəzən xanımını təhqir etməyə başlayıblar. Bir neçə gün sonra isə xanımı və 4 yaşlı oğlu ilə tıxacda dayanan futbolçu qəzəbli fanatın hücumuna məruz qalıb – maşından çıxan fanat hücumçudan satqınlığıa görə hesabat tələb edib. Nəşr iddia edir ki, Çiro fanata cavab verməyib, bununla belə, maşındakılar çox qorxub. Bu hadisələrdən sonra forvard “Latsio”dan ayrılmağı düşünür.

Klub isə futbolçunu dəstəkləyib:

“Latsio son günlərdə baş verən narahatedici və qəbuledilməz hücumlarla bağlı kapitan İmmobile və ailəsi ilə tam həmrəy olduğunu bildirir. İdman və onun etik dəyəri olduğu kimi qalmalıdı: hər hansı sözlü və ya fiziki zorakılıq aktı qəbul oluna bilməz, açıq şəkildə və yekdilliklə pislənməlidi”.


Amma prezident əksinə, oyunçunu müdafiə etmədi. Üstəlik üstüörtülü şəkildə onu qorxaqlığa görə qınadı:

“Hər gün başıma oxşar hadisə gəlir, artıq 20 ildi mühafizə altında yaşayıram. Hər gün mən və ailəm ölümlə hədələnirik. Mən 8 min işçisi olan şirkətin prezidentiyəm, ancaq səs-küy salmıram”.

Çiro ictimaiyyət önündə prezidentə cavab verməsə də, artıq onun yayda komandasını dəyişmək variantı üzərində ciddi şəkildə düşündüyü ilə bağlı şayiələr peyda olub. “Tuttomercatoweb”in yazdığına görə, hücumçu “İnter”ə yollana bilər – Çiro ilə “Latsio”da əməkdaşlıq edən, onu yüksək dəyərləndirən Simone İnzaqi məhz Milan klubunda çalışır.

“Latiso” da İmmobileni buraxmağın əleyhinə deyil. “La Gazzetta dello Sport” xəbər verir ki, prezident Lotito yayda A seriyasında ən yaşlı heyətlərdən birinə malik olan komandanı gəncləşdirmək, layihəni yeniləmək niyyətindədi. 34 yaşlı İmmobileyə həmin gənc heyətdə yer tapılmayacaq.

Sadəcə, futbolçu ilə Roma klubu arasındakı münasibətlərin bu dərəcədə sürətlə pozulması təəccüb doğurur. Axı ötən yay Çiro Səudiyyə Ərəbistanından aldığı sərfəli təklifi geri çevirmiş, “Latsio”da qalmağa üstünlük vermişdi. Bundan başqa, İmmobile 2022-ci ildə “Latsio”da qol sayını 144-ə çatdırmaqla klub tarixinin bombardiri olmuşdu. Bu ilin fevralında isə 200 qolla A seriyası tarixinin bombardirləri siyahısında ilk “8-liy”ə düşdü. Ondan irəlidə Baco, Meatsa, Totti və ya Piola kimi əjdahalar var. Ancaq indi klubla futbolçu arasındakı sevgi münasibətləri yerini düşmənçiliyə verib.
Seçilən
63
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14606
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
14299
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
14229
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12128
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
10331
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8576
"Zaur, yenə çaşdın..." - VİDEO
7537
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5640
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
4115
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4064
Elçin boşandığını etiraf etdi - FOTOLAR
3919
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
3892
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
3727
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3533
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3048
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3028
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2811
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2755
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2662