AZ

Naxçıvanda yolu kəsən qaya parçası partladıldı - FOTO

Naxçıvanda uçma təhlükəsi olan qaya parçası partladılıb.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Cəhri-Buzqov avtomobil yolunun 18-20-ci kilometrlik hissəsində qaya uçqunu təhlükəsi tamamilə aradan qaldırılıb.

Bir neçə gün əvvəl baş verən uçqun zamanı yolun hərəkət hissəsinə qaya parçaları tökülərək hərəkətin məhdudlaşmasına səbəb olub. Yaranan problem aradan qaldırılsa da, yolun yuxarı hissəsindəki iri qaya parçası təhlükə yaratdığından texnika vasitəsi ilə onu yoldan kənarlaşdırmaq mümkün olmayıb.

Seçilən
51
18
Mənbələr
Şərh ()
Bağla