AZ

Parlamentarilərin görüşləri Azərbaycan və Ermənistana nə qazandıracaq?

Azərbaycan ilə Ermənistan arasında yeni format başlayır. Sülh prosesinin sürətlənməsi istiqamətində tərəflər arasında müxtəlif formatda görüşlər keçirilir. Hər iki ölkənin dövlət rəsmilərinin görüşlərinə yeni format əlavə edilir.Belə ki, artıq Azərbaycanla Ermənistanın parlament sədrləri mühüm məsələlərlə bağlı bir araya gəlirlər. Parlament diplomatiyasının başlanması, xüsusilə bu görüşlərin Ermənistan Konstitusiyasına dəyişikliklə bağlı müzakirələrin getdiyi ərəfədə baş verməsi, şübhəsiz ki, əlamətdar hadisədir.Ermənistanın ali qanununda, həmçinin digər qanunvericilik aktlarında kifayət qədər ciddi problemlər var. Parlament diplomatiyasında isə əsas iki səbəb özünü göstərir. Birincisi, Ermənistanın Konstitusiyası və digər qanunverici aktlarındakı sülh prosesinə mane olacaq maddələrin dəyişdirilməsidir. Bunun üçün parlamentlərarası əməkdaşlığa ciddi ehtiyac var.Düzdür, bu məsələ dövlət rəsmiləri arasında müxtəlif formatlarda baş tutan görüşlərdə müzakirə edilir. Ancaq məsələnin parlament səviyyəsində qaldırılması problemin daha dərinliyinə enməyə kömək edəcək. Bu isə problemin daha tez və əhatəli həllinə kömək edəcək. İkincisi isə xalqlar arasında etimad mühitinin qurulmasının vacibliyidir. Prosesin ən önəmli mərhələsi isə parlamentarilər arasında baş tutacaq əməkdaşlıq olacaq.Hazırda Qərbi Azərbaycanla bağlı məsələ də Ermənistanla aparılan danışıqlarda bizim üçün əsasdır. Son zamanlar Qərbi Azərbaycan İcmasının fəaliyyəti də yeni mərhələyə keçir.İcmanın fəaliyyətində yaxından iştirak edən, Qərbi Azərbaycanla bağlı məsələlərdə kifayət qədər məlumatlı olan xeyli sayda millət vəkilimiz var. Bu isə məsələnin üzərinə ümumi yox, birbaşa, yəni rayonlar üzərindən getməyə kömək olacaq. Azərbaycan parlament diplomatiyasında böyük uğurlar qazanıb. Milli Məclisin xarici əlaqələrdə, həmçinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ikitərəfli əlaqələrin qurulmasında mühüm xidmətləri olub.Parlamentin hazırkı sədri Sahibə Qafarova spiker olmamışdan əvvəl də AŞPA-dakı nümayəndə heyətinin üzvü kimi aktiv fəaliyyəti ilə seçilib. İndi onun ermənistanlı həmkarı Alen Simonyanla görüşləri, artan qarşılıqlı təmaslar, parlamentlərası əməkdaşlıq öz bəhrəsini verəcək. Yeni görüşlərin planlaşdırılması və verilən mesajlar müsbət ümidlər formalaşdırır.Ətraflı Baku TV-nin süjetində:

Seçilən
227
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14582
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
14251
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
14123
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12112
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
10258
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8530
"Zaur, yenə çaşdın..." - VİDEO
7536
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5626
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4032
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
4024
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
3887
Elçin boşandığını etiraf etdi - FOTOLAR
3853
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
3694
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3492
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3030
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3021
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2803
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2747
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2649