AZ

Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA

Azərbaycanda taksi fəaliyyətində istifadə olunan avtomobillərin qırmızı və ya ağ olması ilə bağlı tələb müəyyən olunub.

Milli.Az xəbər verir ki, nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov ölkə.az-a açıqlamasında bildirib ki, tələb bütün taksi fəaliyyətinə aiddir:

"Bu, taksi operator şirkətləri və fərdi qaydada çalışan vətəndaşlara şamil edilir. Əgər taksi fəaliyyəti ilə məşğul olurlarsa, avtomobilləri ağ və ya qırmızı rəngdə olmalıdır". 

Ekspert deyir ki, minlərlə vətəndaşımızın fərqli rənglərdə avtomobilləri var və taksi fəaliyyəti ilə məşğul olurlar:

"Onlar da bununla bağlı narahat olmasınlar. Bu ilin mart ayından iyulun 1-nə qədər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) müvafiq portalına daxil olaraq elektron icazə alsınlar və fəaliyyətlərini davam etdirsinlər. Bu qaydalar iyulun 1-dən qüvvəyə minəcək. Əgər hansısa vətəndaşın taksidə istismar etdiyi avtomobilin rəngi qaradırsa, iyulun 1-ə qədər qeydiyyatdan keçərək bu avtomobil ilə taksi fəaliyyəti ilə məşğul ola biləcək. Sadəcə avtomobilin yaşı 15 ildən çox olmamalıdır". 

"İyulun 1-dən isə qeydiyyatdan keçənlərin avtomobilləri mütləq qırmızı və ya ağ olmalı, yaşı isə 8 ildən çox olmamalıdır", - deyə E.Cəfərli əlavə edib.

Qeyd edək ki, keçid müddəalarına əsasən, rəng tələbi 2024-cü il iyulun 1-dən ölkə ərazisinə idxal edilən və ya ölkə ərazisində istehsal edilən avtonəqliyyat vasitələrinə şamil ediləcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
56
11
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17781
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17397
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16436
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
14901
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13860
Çingiz Mustafayevin toyudur - FOTOLAR
11418
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10408
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
10082
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
10021
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
9816
"Zaur, yenə çaşdın..." - VİDEO
8350
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7189
Minimum əmək haqqı nə qədər arta bilər?
6533
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6217
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5912
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5021
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4936
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4734
22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto
4063